Главная > Siyasət > Qanunsuz ov edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb
Qanunsuz ov edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb16-02-2022, 10:35. Разместил: admin44 |
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 7-13 fevral 2022-ci il tarixlərində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 250 metr uzunluğunda sintetik tor yığışdırılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Qızılağac Milli Parkının ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini, brakonyer Mirhasil Həsənov saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. www.yeniheyet.az Вернуться назад |