Главная > Siyasət > İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr sürətlə icra olunur
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr sürətlə icra olunur17-02-2022, 08:46. Разместил: admin44 |
Prezident İlham Əliyevin 13 fevral tarixində Ağdama səfəri zamanı verdiyi müsahibəsində bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam -1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonar fəaliyyətə başlayacaq. Yaşayış komplekslərinin təməl daşının qoyulması da əlamətdar hadisədir Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma-iki ilə inşa edilcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi , o cümldən Xaçınçay su anbarlarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırır. İcra olunan layihələr onu göstərir ki, bütün mailiyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunubdur. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edir və bu şirkərlərin sayı artacaqdır. Qarşımızda duran böyük işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Gülşən Xəlilova Masallı ASAN Xidmət Mərkəzinin sektor müdiri www.yeniheyet.az Вернуться назад |