Главная > Siyasət > YAP Masallı RT sədrinin rayon ictimaiyyət nümayəndələrinə təqdimatı

YAP Masallı RT sədrinin rayon ictimaiyyət nümayəndələrinə təqdimatı


17-02-2022, 17:47. Разместил: admin44

17 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sədrinin rayon ictimaiyyətinin nümayəndələrinə təqdimatı ilə bağlı görüş keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və partiya fəalları iştirak ediblər.

Görüşdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirdi. Şahin Məmmədov YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin təcrübəli, savadlı, dövlətçiliyə sadiq olduğunu qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzuladı.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və partiya rəhbərliyinə minətdarlığını bildirərək bu etimadı layiqincə doğruldmaqdan ötrü bütün bilik, bacarıq və təcrübəsini sərf edəcəyini qeyd etdi.

Görüşdə iştirak edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Gənclər İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, partiya fəallarından Elşən Bəşirzadə, Dilarə Hüseynova, Əyyub Mehtiyev, Məhəmməd Yusifov və başqaları çıxış edərək YAP Masallı rayon  təşkilatının sədri Seyfəddin Əliyevi təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.





www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад