Главная > Siyasət / Manşet > Masallı şəhərində görülən abadlıq-yenidənqurma işləri

Masallı şəhərində görülən abadlıq-yenidənqurma işləri


18-02-2022, 18:43. Разместил: admin44

İcra hakimiyyətinin başçısı Masallı şəhərində görülən abadlıq-yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində 2020 və 2022-ci illərdə Masallı şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb. Ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində ölkəmizi əhatə edən abadlıq işlərinin davamı olaraq magistral və məhəllədaxili yollara asfalt çəkilməsi, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, nümunəvi məhəllələrin, park və yaşıllıqların salınması bunun bariz nümunəsidir. Cari ildə də Masallıda abadlıq-yenidənqurma işləri davam etdirilir.



18 fevral 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, aidiyyatı qurumların nümayəndələri ilə birgə Masallı şəhər ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub. Rayon rəhbəri 2022-ci ildə görüləcək abadlıq işləri ilə bağlı ərazilərə baxış keçirib.

Qarabağ, Qurtuluş, Digah, Sabir, Səməd Vurğun, Məmməd Araz və Füzuli küçəsində, Köhnə Bayraq Meydanı, Heydər Əliyev və Xətai parklarında küçələr boyu beton-səki daşlarının, bədkeşlərin qurulması, RİH binasının ətrafında plitələrin, aqlay örtüklü hasarların, Bayraq Meydanı postamentinin, fontanın, matorxananın təmiri, daş divarlarda və pilləkənlərdə travertin dəyişdirilməsi, habelə travert örtüklü səkilərinin yenidən qurulması, 8 yerdə uşaq-əyləncə qurğusunun quraşdırılması, yay səhnəsinin təmiri, yaşayış massivində asfalt-beton örtüyünün vurulması, ağac əkilməsi və s. nəzərdə tutulan küçələrə baxış keçirilib, müvafiq tövsiyələr verilib. Bildirilib ki, iki il ərzində Masallı şəhərində 40 küçəyə keyfiyyətli asfalt döşənib. Cari ildə 30 küçənin asfaltlaşdırılması nəzərdə tutulmuşdur. İcra başçısı həmçinin bəzi küçələrdə işqılandırma sistemlərinin yeniləri ilə əvəz olunmasına, səkilərin bərpasına dair müvafiq tapşırıqlar verib.

Məmməd Araz küçəsində qanunsuz zəbt olunmuş torpaq sahəsində ərazinin boşaldılması, oradakı əşyaların götürülməsi, şəhərin həmin yerində gözəlliyiə xələl gətirən zibilliyin az vaxtda təmizlənməsi xəbərdarlığı verilmişdir.

Görülən işlərlə tanışlıq zamanı RİH başçısı Ş.Məmmədov həmin ərazilərdə yaşayan sakinlərlə — ağsaqqal Əsgər Qəzənfər oğlu İsmayılov, Vətən müharibəsi iştirakçıları və gənclərlə görüşüb, onların problemlərini dinləyib.

Bildirilib ki, sakinləri narahat edən məsələlər, şəhərdə abadlıq-quruculuq işləri uğurla davam etdiriləcəkdir.

Şəhər sakinləri pandemiya vəziyyətinə baxmayaraq, vətəndaşların rahatlığı üçün şəhərdə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirib, görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya, Masallının rəhbərinə minnətdarlıq ifadə ediblər.



www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад