Главная > Siyasət > “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” adlı tədbir
“Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” adlı tədbir22-02-2022, 08:38. Разместил: admin44 |
Masallı rayon Heydər Əliyev Mərkəzində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları, Masallı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Pandemiya qaydalarına uyğun olaraq təşkil edilən tədbiri Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva açıq elan edərək Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu qeyd edib. Müəssisə direktoru dilimizə qayğının ölkə prezidentinin də daim diqqət mərkəzində olduğunu bildirib. Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəfa Xəlilova çıxış edərək ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verib. Ş. Xəlilova bildirib ki, xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmalı, onu yad ünsürlərdən qorumalıdır. Tədbir çərçivəsində məktəblilər Ana dilimizə həsr olunmuş Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şeirlərini səsləndiriblər. www.yeniheyet.az Вернуться назад |