Главная > Siyasət > Bəyannamə yeni imkanlar qazandırır

Bəyannamə yeni imkanlar qazandırır


24-02-2022, 17:17. Разместил: admin44


Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
           
Rusiya ilə Azərbaycan arasında çox geniş müqavilə-hüquq bazası vardır. İki ölkə arasında 245 sənəd imzalanıb . Lakin 22 fevral tarixində imzalanmış Bəyannamə münasibətləri müttəfiqlik səviyyəsinəı çıxarır.
           
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir il bundan əvvəl başlayıb. Bu müddətdə ölkəmizin müvafiq ekspert qrupları tərəfndən 43 bənddən ibarət olan praktiki olaraq bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb.
           
Rusiya-Azərbaycan münsibətləri zamanın sınağından uğurla çıxıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında  quracaqlar.
           
Cari il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. Qarşlıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyik , regionada yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşməsi imkanlarını da mövcuddur.


Elməddin Əzizov, 
Masallı şəhər sakini, fəal gənc.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад