Главная > Siyasət > Masallıda Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası
Masallıda Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası24-02-2022, 18:12. Разместил: admin44 |
24 fevral 2022-ci il tarixdə Xocalı şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyəçöl kəndi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.
Xocalı şəhidlərinin şərəfinə həsr olunmuş keçirilən ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid valideynləri, fəal gənclər, könüllülər, ictimaiyyət nümayəndələri, ayrı-ayrı kollektiv və KİV nümayəndələri də iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov iməcilik keçirilən Göyəçöl kəndi ərazisindən xəbər verir ki, rayon rəhbəri Ş.Məmmədov qeyd edib ki, Xocalı şəhidlərinin əziz xatirə günlərində istədik ki, onların şərəfinə 300 ədəd şam ağacı əkək. Bu gün Xocalı şəhidlərinin xatirəsinə əkilən həmin ağaclar vaxtlı-vaxtında mühafizə olunmalıdır, suvarılmalıdır, qorunmalıdır. İcra başçısı, Ərkivan qəsəbə uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri – Yusif Quliyev və onun həyat yoldaşı Kamilə Quliyeva, övladları Zaur və Vüsal, şəhid ata və anaları, ailələri, doğmaları və başqaları ağaclar əkib, dibini suvarmışlar. Qeyd edək ki, Xocalı şəhidlərinin şərəfinə, şəhidlərimizin ölməz ruhuna həsr olunmuş ümumrayon aksiya çərçivəsində iməcilik iştirakçıları tərəfindən bir gün ərzində 300 ədəd şam ağacı əkilib. Əkilən ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin təbliği baxımından əhəmiyyət daşıyır. Amma, burada salınacaq meşə solağının solu da, sağı da baxımsızlıq üzündən zibilliklərlə doludur. Bilmək olmur, bura baxan meşə mühavizəçiləri, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi nə işlə məşğuldur, əgər meşənin təmizliyi, ekosisteminin pozulmasına aylarla şərait yaranır, diqqət yetirilmir, təzə ağac əkilən yerlərdə heyvan otlayır? Rayon rəhbəri bu mövzu ilə bağlı əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məktubla müraciət olunması tapşırığını verib. Ağacəkmə aksiyasının sonunda Masallının icra başçısı şəhid analarına yaxınlaşıb, qayğıları ilə maraqlanıb, onları gözəgörünməz düşmən olan virusdan qorunmağı tövsiyə edib. Ş.Məmmədov yaxın günlərdə daha 1050 ədəd ağac əkininin rayonun Köhnə Alvadı kəndində aparılmasını bildirib. www.yeniheyet.az Вернуться назад |