Главная > Siyasət > DSX: Külli miqdarda siqaretin sərhəddən keçirilməsinin qarşısı alınıb

DSX: Külli miqdarda siqaretin sərhəddən keçirilməsinin qarşısı alınıb


28-02-2022, 14:23. Разместил: admin44

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıqla mübarizə sahəsində fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.

Xəbərə görə, fevralın 26-da saat 13:20 radələrində DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən 6 ədəd sarı rəngli bağlamada 580 blok (5800 ədəd) “Marlboro” markalı siqaret aşkar olunaraq götürülüb.

Fevralın 27-də saat 23:30 radələrində “Astara” sərhəd nəzarət şöbəsinin dəmir yolu bölməsində “İİR Astara - AR Astara” yük qatarının mühərrik hissəsinin gizlin saxlanc yerlərinə baxış keçirilərkən lokomotivin sürücüsü Astara rayon sakini 1989-cu il təvəllüdlü Quliyev Elvin Rafiq oğlu və köməkçisi Masallı rayon sakini 1978-ci il təvəllüdlü Kazımov Bəxtiyar Qulaməli oğlu tərəfindən gizlədilmiş 796 qutu “Manchester” və 50 qutu “Marlboro” markalı siqaret aşkar olunaraq Astara dəmiryolu gömrük postuna təhvil verilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад