Главная > Siyasət > Cənab Prezidentin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda çıxışı

Cənab Prezidentin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda çıxışı


28-02-2022, 20:53. Разместил: admin44

Çıxış zamanı ölkə başçısı bir çox vacib məsələlərə toxunub, Azərbaycanın sədrliyi qismində Qoşulmama Hərəkatının gördüyü işlər, qlobal pandemiya və onun Azərbaycandakı gedişatı haqqında məlumatlar verib. COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu var. Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır. Lakin, bu sahədə Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının rolu da təqdirə laiqdir.
             
Qoşulmama Hərəkatının uğurlu təşəbbüsləri haqqında danışan ölkə başçısı qeyd edib ki, pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.
             
“Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Qoşulmama Hərəkatı post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.”- deyə İlham Əliyev vurğulayıb.



Aytəkin Nağıyeva, 
Masallı rayon Viləş kənd sakini.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад