Главная > Siyasət > Rusiya ilə Azərbaycan arasında olan münasibətlər

Rusiya ilə Azərbaycan arasında olan münasibətlər


1-03-2022, 09:26. Разместил: admin44
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın  aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirmişdir ki, Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb – 200-dən artıq. Lakin bu, xüsusi sənəddir, çünki dövlətlərarası münasibətlər qurulmasından 30 il keçdikdən sonra biz müttəfiqlik səviyyəsinə çatmışıq.
 
 Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər –ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş. Səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
   
Şanxay Əməkdaşlıq Təşkilatı müəyyən mənada artıq fəaliyyətə başlanıb. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə - müşahidəçilərdir. Azərbaycan bir  neçə il bundan əvvəl öz statusunu  müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət edib.



Ülviyyə Bağırova,
Masallı rayon Çaxırlı kənd sakini.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад