Главная > Siyasət > Qardaş Fətullayev: “Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir”

Qardaş Fətullayev: “Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir”


1-03-2022, 16:57. Разместил: admin44

“Bu gün dünyada hələ də aktual olan pandemiyaya qarşı mübarizədə ölkəmiz nümunə nümayiş etdirdi. Dövlətimiz tərəfindən həyata keçirilən önləyici tədbirlərlə pandemiyanın ağır nəticələrindən yayına bildik. Bir sözlə, pandemiya dünya dövlətləri üçün bir sınaq oldu, qürurla deyə bilərik ki, bu imtahandan qalib çıxdıq”. Bu fikiri Masallı rayon Ziyalılar Şurasının üzvü Qardaş Fətullayev Azərbaycanda pandemiyaya qarşı mübarizədə dövlətin apardığı uğurlu siyasətlə bağlı açıqlamasında bildirib. Qardaş Fətullayev bildirib ki, iki ildən artıqdır ki, dünya koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı ilk çağırış edənlər arasında Azərbaycan dövləti də oldu: “Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası qlobal mübarizə sahəsində səylərin birləşdirilməsinə, bu bəladan az itki ilə çıxmağın yollarının araşdırılmasına xidmət etdi. Ölkəmizin bu təşəbbüslərinə verilən dəstək təbii ki, beynəlxalq münasibətlər sistemində artan nüfuzuna və çəkisinə söykənir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə, eyni zamanda, BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində videoformatda təqdim olunan çıxışında pandemiya ilə əlaqədar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə həyata keçirilən tədbirlər geniş şəkildə təqdim olundu”.
“Dövlət başçısı cənab İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizdə tətbiq etdiyi vaksinasiya strategiyası artıq öz nəticəsini göstərir. Azərbaycanda vurulan vaksinlər həm effektiv, həm də təhlükəsizdir. İndiyədək ölkədə yetkin əhalinin 68%-dən coxuna 2 doza vaksin vurulub. Belə ki, son statistikaya əsasən, ümumilikdə 13 milyona yaxın vətəndaşımız vaksinasiya olunub. Bu da ölkə əhalisinin sağlamlığına məsuliyyətli davranışını göstərir. Daha bir vacib məqama diqqət çəkmək istərdim. Belə ki, digər dövlətlərdən fərqli olaraq ölkəmizdə vaksinasiya prosesi pulsuz həyata keçirilir. Bu, dövlətimizin vətəndaşların sağlamlığının vacibliyinə diqqətin əlamətidir»,-deyən Qardaş Fətullayev vurğulayıb ki, əsas qürur doğuran odur ki, möhtərəm Prezident İlham Əliyev pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə beynəlxalq ictimaiyyətin rəğbətini qazanmasıdır: “Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkəmiz bu gün də humanitar missiyasını uğurla davam etdirir, pandemiyanın ciddi nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Bir sözlə, məhz Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapması, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması və Prezident İlham Əliyevin təşəbbüslərinin beynəlxalq müstəvidə də dəstəklənməsi dünya dövlətlərinin Azərbaycan dövlətinə inamının göstəricisidir. Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 18 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir”.


RƏFİQƏ HÜSEYNOVAшаблоны для dle 11.2
Вернуться назад