Главная > Siyasət > İdeoloji işin və uğurlu siyasətin təbliği - Sığdaş

İdeoloji işin və uğurlu siyasətin təbliği - Sığdaş


23-12-2017, 14:17. Разместил: yeni321
 
İdeoloji işin və uğurlu siyasətin təbliği

Sığdaş

Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir.
Dekabrın 22-də mühazirəçilər qrupunun növbəti görüşü Sığdaş kənd tam orta məktəbində keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax və Lənkəran rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə" mövzularında mühazirələr oxumuşlar.
Şair Hacı Dadaş Məmmədov, Rəna Rəhmətova və başqaları sakinlər adından çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiklərini və onun ətrafında sıx birləşdiklərini bildirib, ölkədə gedən quruculuq işlərini təqdir etmişlər.
Tədbiri yekunlaşdıran RİH başçısının müavini Aybəniz Qafarova erkən nikahla mübarizə və təhsilin inkişafı istiqamətində tövsiyələr vermişdir.

 “Yeni həyat”,
  www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад