Главная > Siyasət > Hər bir azərbaycanlının Prezidenti

Hər bir azərbaycanlının Prezidenti


23-12-2017, 15:08. Разместил: yeni321
Hər bir azərbaycanlının Prezidenti

Güclü xalq, güclü dövlət, güclü lider

Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Xalqın iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti, dünya azərbaycanlılarının lideridir. Bütün dünyada məşhurdur. Böyük hörmətə və nüfuza malikdir. O, Heydər Əliyev ideyalarının layiqli davamçısıdır. Görkəmli siyasi və dövlət xadimi, peşəkar siyasətçidir.
Qeyd edək ki, sabah-dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əlıyevin doğum günüdür. O, 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə MDBƏİ-nin aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləmişdir. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmış, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilmişdir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlamışdır. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlamışdır. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
 
Evlidir. Üç övladı, üç nəvəsi var.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların orden, mükafat və fəxri adları ilə təltif olunmuşdur. Gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. İdman sahəsində yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. "Bakı-2015" I Yay Avropa Oyunları buna sübutdur. Ölkə idmançıları beynəlxalq yarışlarda parlaq uğurlar qazanmışdır. Uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda, o cümlədən Masallıda Olimpiya İdman Kompleksinin, Taekvondo və Boks Mərkəzlərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürüdür.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Təbii ki, Azərbaycanın bütövlükdə beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi ilə əlaqədar qarşıya qoyulan hədəflər də var. Ən başlıca hədəf isə Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Biz gələcəyə inamla və optimist baxırıq. Müstəqil dövlətimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. Azərbaycan daha böyük inkişafa doğru irəliləməkdədir və ölkəmizin gələcəyi daha işıqlı olacaq . Hər bir Azərbaycan vətəndaşı bu inkişafdan fayda görəcək və respublikamız, cəmiyyətimiz yüksəlişin yeni pilləsinə gəlib çıxacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəkdə yeni və daha möhtəşəm uğurlara imza atacaq.
Ad gününüz mübarək, cənab Prezident!

Əlihüseyn ŞÜKÜROV.
 “Yeni həyat”,
  www.yeniheyet.az




 шаблоны для dle 11.2
Вернуться назад