Главная > Siyasət > Masallıda şəhid ailələri ilə görüş

Masallıda şəhid ailələri ilə görüş


7-03-2022, 10:45. Разместил: admin44

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Masallı rayonu Ərkivan qəsəbəsi Qızlaküçə kənd məscidi dini icması və "Zəfər" Şəhid
Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Masallı rayonunda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Masallı rayonunda yaşayan şəhid ailələrinin qadın üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Masallı rayonunun Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Sonra isə tədbirin rəsmi hissəsi başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Masallı RİH başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, başçının müavini Aybəniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazisi Rəşid Talıbov, Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova və şəhid anaları çıxış ediblər, şəhidlərin ruhuna dualar oxunub.










www.yeniheyet.az

 шаблоны для dle 11.2
Вернуться назад