Главная > Siyasət > Heydər Əliyev və dövlət qadın siyasəti
Heydər Əliyev və dövlət qadın siyasəti9-03-2022, 17:58. Разместил: admin44 |
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videokonfrans təşkil olunub. Masallı rayon Heydər Əliyev Mərkəzinin qadın əməkdaşlarının və könüllülərin iştirak etdiyi videokonfransda 44 günlük Vətən müharibəsində şücaət göstərərək şəhid olmuş qəhrəmanlarımızın, sağlamlıqlarını fəda edən qazilərimizin analarına, həyat yoldaşlarına təbrik ünvanlanıb. Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qadınların cəmiyyətdə yeri və rolu barədə danışıb, onların rayonun ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açıb. Ulu öndər Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini bildirən D. İbayeva məhz ulu öndərimiz tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, 1998-ci ilin sentyabrında isə Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |