Главная > Siyasət / Manşet > Təzə Alvadı ərazisində səyyar-görüş qəbulu
Təzə Alvadı ərazisində səyyar-görüş qəbulu9-03-2022, 18:01. Разместил: admin44 |
09 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Təzə Alvadı kənd ərazisinin Əhmədli kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir. Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Cəfərov Aslan Ələsgər oğlu, İsmayılov Eldar İsmayıl oğlu, Fətullayev Ərzulla Xeybər oğlu, Əliyev Zülfüqar Müzəffər oğlu, Məmmədov Rafiq Davud oğlu, Həsənov Ülfət Məhərrəm oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu və başqaları Əhmədli kəndində mərkəzi yola asfalt çəkilməsi, kənd təsərrüfatı əkinlərinin məhsullarının sığortalanması, qaz xəttinin çəkilməsi, Tatyançay çayının Əhmədli ərazisində keçən hissəsinin təmizlənməsi, Əhmədli kəndində tibb məntəqəsinin tikilməsi, Təzə Alvadı kəndində mərkəzi yola asfalt vurulması, Meşəkənarı kəndinə telefon və internet xəttinin çəkilməsi və s məsələlər barədə müraciət etmişlər. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |