Главная > Siyasət / Manşet > Masallı rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların qəbulunu keçirmişdir

Masallı rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların qəbulunu keçirmişdir


12-03-2022, 18:33. Разместил: admin44

11 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov vətəndaşların qəbulunu keçirmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Qəbulda 10 nəfərdən çox vətəndaş iştirak etmiş, əsasən Ünvanlı Dövlət Sosial Yardımı, maddi köməklik və iş ilə təminatla bağlı müraciətlər etmişlər.

Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад