Главная > Siyasət / Manşet > Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən


24-12-2017, 20:36. Разместил: yeni321
Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə


Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Vladimir Putin,

Rusiya Federasiyasının Prezidentiшаблоны для dle 11.2
Вернуться назад