Главная > Siyasət > Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib


16-03-2022, 11:06. Разместил: admin44

Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад