Главная > Siyasət > “Qaradağ” Günəş Elektirik Stansiyasının Gülüstan sarayında təməlqoyulma mərasi
“Qaradağ” Günəş Elektirik Stansiyasının Gülüstan sarayında təməlqoyulma mərasi18-03-2022, 11:01. Разместил: admin44 |
15 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 Mvt gücündə “Qaradağ” Günəş Elektirik Stansiyasının Gülüstan sarayında təməlqoyulma mərasimində iştirak edib. İlk öncə mərasim iştirakçılarını salamlayan Azərbaycan Respublikasının ölkə başçısı bu günün ölkəmizdə energetika sahəsində çox əlamətdar bir gün olduğunu vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Masdar” şirkəti dünyada tanınmış və təcrübəli bir şirkət olduğunu bildirdi. Azərbaycanın da xarici tərəfdaşlarla iş birliyi sahəsində üzərinə düşən bütün öhtəlikləri yerinə yetirir. Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektirik enerjisini ixrac edən bir ölkədir. Buna görə də bizdə elektirik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda ekaloji cəhətdən təmiz mənbələrdən istehsal edilmiş enerjilərdən danışdı. O, qeyd etdi ki, bizdə bərpa olunan enerji növlərinin həcimi həddindən artıq böyükdür. Məhs buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, bu sahədə yeni-yeni layihələrin reallaşması gələcəkdə də davam etdiriləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimiz və onların bütün infrastrukturu haqqında danışdı. Danışaraq qeyd etdi ki, işğal dövründə 30 il ərzində işğalçı ermənilər işğal olunan torpaqlarda bütün binaları, tarixi və dini abidələrmizi dağıtmışlar. Laçın və Kəlbəcər rayonlarında 30-dan çox su elektrik stansiyasını dağıdaraq məhv etmişdirlər. Biz azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlamışıq və o cümlədən energetika sahəsində də böyük işlər görülməkdədir. Həmçinin bu ərazilərdə Günəş və Külək elektrik stansiyaları yaradılmasına ehtiyac vardır. Çıxışda dövlət başçısı onu da qeyd edir ki, Azərbaycanda aparılan islahatlar sənayələşmə siyasəti, biznes mühitini yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğurdan da təqdirəlaiq addımlar atılır. Onu da əlavə etdi ki, Azərbaycan dünyada ən az ölkələrin sırasında olan ölkədir ki, xarici dövət borcu cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində bağlaya bilərik. Bizim siyasətmiz isə ölkəmizin bundan sonrakı sürətlu inkişafını təmin etməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sonda “Masdar” şirkətinin bizə etibar etdiyi və böyük sərmayəni qoymağa planlaşdırdıqı üçün təşəkkürünü bildirdi. Əminliklə bildirdi ki, yaxın gələcəkdə “Qaradağ”da bu stansiyanın açlışını birlikdə qeyd edəcəyik. Canəli Abdullayev, Masallı rayon Qarğalıq kənd orta məktəbin müəllimi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |