Главная > Siyasət / Manşet > Mahmudavar kəndi ərazisində səyyar-görüş qəbulu

Mahmudavar kəndi ərazisində səyyar-görüş qəbulu


19-03-2022, 08:41. Разместил: admin44

18 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Mahmudavar kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Əliyev İsa Miri oğlu, İskəndərov Eşkin Təvəkkül oğlu, Qasımov Tofiq Nayib oğlu, Qurbanov Akif Mirzə oğlu, Şahbazov Ruslan Baratxan oğlu, Ağayev Qılman Elman oğlu və başqaları Mahmudavar kənd tam orta məktəbinin təmiri, mədəniyyət evində işlə təmin olunması, Mahmudavar kənd tam orta məktəbinə şəhid adının verilməsi, Mololon yolunun təmiri, Rüdəkənar kəndinə qaz xəttinin çəkilməsi və s məsələlər barədə müraciət etmişlər.

Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад