Главная > Siyasət / Manşet > Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir
Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir19-03-2022, 08:46. Разместил: admin44 |
18 mart 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Növbəti qəbulda 7 nəfər vətəndaş-Əhliman Adəm oğlu Teyubov, Seymur Məhərrəm oğlu Kazımov, Tofiq Atduxan oğlu Canəliyev, Çinarə Qəhrəman qızı Həsənova, Vaqif Qaraş qızı Şıxəliyeva, Murad Həmiyyət oğlu Qasımov və Bəsti Qulamova iştirak etmiş, əsasən Ünvanlı Dövlət Sosial Yardımı, maddi köməklik, kəndə qaz xəıtti çəkilişi, dərman verilməsi, həyətyanı torpaq sahəsi təyin edilməsi, peyvəndləmə prosesi, iş ilə təminatla bağlı müraciətlər etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |