Главная > Siyasət / Manşet > Novruz təbriki

Novruz təbriki


19-03-2022, 09:43. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun Novruz bayramı münasibətilə əhaliyə təbriki.

Hörmətli Masallılar!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram!

Novruz Bayramı xalqımızın milli-mənəvi dəyərlərini və milli varlığımızın dolğun təcəssümünü özündə əks etdirən, çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın tarixi bayramıdır.

Bu gün mən çox şadam ki, bu bayrama da  dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq parlaq qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizədə Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək əzəli torpaqlarımıza uzanan mənfur düşmənin əlləri kəsilmiş, yurdumuzu düşməndən təmizləmiş və ədaləti şəhidlərimizin qanı bahasına əldə etmişik. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini bu əziz gündə bir daha ehtiramla yad edirəm.

Bu bayramda hamınıza  bahar əhval-ruhiyyəsi arzu edirəm. Bahar öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin, qəlbinizi  xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!

Möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayır, Novruz bayramınızı təbrik edirəm!


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад