Главная > Siyasət / Manşet > Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib

Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib


22-03-2022, 21:00. Разместил: admin44

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Masallı rayon 1 saylı uşaq bağçasının yeni binası Novruz bayramı ərəfəsində istifadəyə verilib.

Açılış mərasimində Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, Milli Məclisin Deputatları Məşhur Məmmədov, Anar İsgəndərov,  Heydər Əliyev Fondunun əməkdaşı Cəmil Əliyev, bağçanın kollektivi və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Masallı rayon 1 saylı uşaq bağçası 1939-cu ildə inşa olunub. 40 yerlik 2 qrupdan ibarət olan məktəbəqədər uşaq müəssisəsi uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Ötən müddət ərzində bağçanın binası fiziki cəhətdən köhnəliyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik bağça binası inşa olunub.

Tanışlıq zamanı məlumat verilib ki, 2 mərtəbəli 1 korpuslu bağça binası zəruri mebel və avadanlıqlarla, kompüter kabineti və əyani vəsaitlərlə təchiz edilib.

Bağça binasında məşğələ, yataq, idman, əyləncə və musiqi otaqları, akt zalı var.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад