Главная > Siyasət > Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür25-12-2017, 15:13. Разместил: yeni321 |
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci kitabı çapdan çıxıb Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olmuşdur və bu gün həm Şərqlə, həm Qərblə əməkdaşlıq siyasətimiz də, düşünürəm ki, xalqımızın çoxəsrlik adət-ənənələrinin və ölkəmizin coğrafi yerləşməsinin nəticəsidir. Bu siyasəti həyata keçirmək bizim üçün çətin deyildir. Əgər sizin öz mövqeyiniz varsa, müstəqil siyasət yürüdürsünüzsə və əgər siz etibarlı tərəfdaşsınızsa xarici siyasət təşəbbüslərini həyata keçirmək asan olur. Deyə bilərəm ki, bu gün bizim müsəlman dünyası ölkələri ilə çox yaxşı münasibətlərimiz vardır. İslam dünyasının bir hissəsiyik. Eyni zamanda, Avropa ölkələri ilə də yüksək səviyyədə əlaqələrimiz qurulub, biz Avropa təsisatları ilə fəal əməkdaşlıq həyata keçiririk. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində söyləyib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci kitabında toplanan materiallar 2011-ci ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Polşa Respublikasına işgüzar səfərinə dair materialla başlayır. Nəşrin 48-ci kitabında dövlətimizin başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb. Bu cilddə Prezident İlham Əliyevin Türkiyə və Qazaxıstana səfərlərinə, bu ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb. Kitabda Fransa, Avstriya, Macarıstan və Bolqarıstan prezidentlərinin Azərbaycana səfərləri zamanı bu ölkələrin dövlət və hökumət rəhbərləri ilə çoxşaxəli əlaqələrin inkişafından, enerji və qeyri-neft sektoru üzrə bağlanan müqavilələr və sazişlərdən, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsindən bəhs olunur. Bu cilddə, həmçinin Azərbaycan Prezidentinin Şərq tərəfdaşlığı sammitində iştirakına, ölkəmizə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə və xarici telekanallara verdiyi müsahibələri yer alıb. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci cildində, eyni zamanda, Prezidentin Ağdaş, Ucar, Ağsu, Oğuz, Qax, Şəki və Qəbələyə səfərləri, o cümlədən bu rayonların ictimaiyyət nümayəndələri ilə görüşləri, bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı barədə materiallar toplanıb. Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib. “Azərnəşr” tərəfindən buraxılan 48-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin ( AZƏRTAC ) materiallarından istifadə olunub. Вернуться назад |