Главная > Siyasət > “Dünyanı sarsıdan tarix” mövzusunda dəyirmi masa

“Dünyanı sarsıdan tarix” mövzusunda dəyirmi masa


31-03-2022, 18:40. Разместил: admin44

Masallı rayon Heydər Əliyev Mərkəzində “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün 104-cü ildönümünə həsr olunmuş “Dünyanı sarsıdan tarix” mövzusunda dəyirmi masa keçirilib.
   
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin müəllim və şagirdləri iştirak ediblər.
   
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva 31 mart soyqırımının tarixi haqqında geniş məlumat verərək azərbaycanlıların soyqırımının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilməsindən, bu ərazilərdə dinc əhalinin kütləvi surətdə qətlə yetirilməsindən, kəndlərin yandırılmasından, milli mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsindən söhbət açıb. O, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Tədbir iştirakçılarından Gülcahan Vəkilzadə daşnak erməni dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.
Sonda Mərkəzin əməkdaşı Aqşın Quliyevin hazırladığı tarixi faktları əks etdirən videoçarx izlənilib.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад