Главная > Siyasət > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


1-04-2022, 17:12. Разместил: admin44


Hörmətli cənab Prezident!

Bu gün hər bir vətənpərvər azərbaycanlı Sizi özünə ən böyük dayaq bilir. Siz öz qayğıkeşliyinizlə, sosial məsələlərə həssas münasibətinizlə, vətəndaşlar ilə səmimi ünsiyyətinizlə xalqımızın könlünü fəth etmisiniz. Mən aztəminatlı ailənin üzvü olaraq, Sizin qayğınızı öz üzərində hiss edən vətəndaşlardan biriyəm. Buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkürümü bildirirəm.

Mənim ailəm ünvanlı sosial yardımla təmin olunmuşdur. Problemlərimizin həllində bizə kömək göstərilir. İnanıram ki, Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət sayəsində gələcəkdə güzəranımız daha da yaxşılaşacaqdır.

Əziz Prezidentimiz, biz hər zaman Sizinləyik.

Hörmətlə,

Hadiyev Vüqar İlham oğlu, aztəminatlı ailənin üzvü.

Azərbaycan Respublikası, Masallı şəhəri.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад