Главная > Siyasət / Manşet > Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu
Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu1-04-2022, 19:18. Разместил: admin44 |
Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir 01 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında vətəndaşların növbəti qəbulu keçirilmişdir. Növbəti qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynovun keçirdiyi qəbulda 11 nəfər vətəndaş — Ağayeva Səmayə Bəşir qızı, Əkbərov Nadir Fazil oğlu, , Fərzəliyev Əlipənah Nadir oğlu, Bayramov Yusif Asif oğlu, Camalov Surac İfti oğlu, Həmidov Şəmsi Rayis oğlu, Gözəlova Səmayə İsmayıl qızı, Ələmov Adil Meyli oğlu, Mirzəyev İlkin Rasif oğlu, Əmənov Elşən Süleyman oğlu və Əliyeva Samirə Nurməmməd qızı iştirak etmiş, əsasən Ünvanlı Dövlət Sosial Yardımı, maddi kömək, subasma, bələdiyyə torpağı və həyətyanı torpaq sahəsi təyin edilməsi, ev problemi, iş ilə təminat, elektriklə, səhiyyə ilə bağlı müraciətlər etmişlər. Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olunmuş, digər məsələlər nəzarətə götürülmüşdür. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |