Главная > Siyasət > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


2-04-2022, 19:42. Разместил: admin44

Hörmətli cənab Prezident.

Hər zaman xalqımızın yanında olduğunuza, bizə qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümü bildirirəm.
Azərbaycan xalqı çox çətin sınaqlardan keçib, ağır dövrlər yaşayıb. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə yeni bir dövr - sabitlik və tərəqqi dövrü başlayıb. Siz bu yolu uğurla davam etdirərək xalqımızı nəinki bəlalardan qorudunuz, hətta Zəfərə çatdırdınız. Biz bütün bunlarla fəxr edirik.
Mən bir pensiyaçı kimi, dövlətimin qayğısından razıyam. Əhalinin həssas təbəqələrindən biri hesab olunan pensiyaçılara pensiyaların vaxtında və əlverişli üsullarla ödənilməsinə şərait yaradılması da bu qayğının sübutudur. Eyni zamanda, qeyd etməliyəm ki, pensiyaların tez-tez artırılması Sizin diqqətinizdən kənarda qalmadığımızı göstərir. Builki artım da bizi sevindirdi.
Cənab Prezident, bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,
Bəşirov Alxas Almaz oğlu, pensiyaçı.
Azərbaycan Respublikası, Masallı rayonu, Xıl kəndi.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад