Главная > Siyasət > Güclü lider, müdrik şəxsiyyət
Güclü lider, müdrik şəxsiyyət5-04-2022, 08:15. Разместил: admin44 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2018 –ci il tarixli Sərəncamına əsasən 2018 –ci il aprelin 11 –də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.Namizədlərin qeydə alinması üçün fevralın 14 –dən martın 10 –nadək MSK –nın iclasları keçirildi və namizədlərin qeydə alınması haqqında qərarlar qəbul edildi. Seçkilərdə iştirak etmək üçün bir çox şəxslərin namizədliyi müxtəlif partiyalar tərəfindən irəli sürüldü.Fevral ayının 27 –də isə baş tutan MSK –nın iclasında namizədliyi YAP tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizəd olaraq qeydə alınmas haqqında Qərar qəbul edildi.Bütün namizədlərin seçicilərlə görüşü təmin edilmiş,hər bir namizəd seçiciləri iə görüşmüş,seçkiqabağı öz platformalarını açıqlamışdılar. Bildiyimiz kimi prezident seçkisinə 8 namizəd qatılmışdı.Bunlar müxtəlif partiyanın namizədləri idilər.Lakin İlham Əliyev 2018 –ci il aprelin 11 –də Keçirilmiş prezident seçkilərində 86,03 faiz səs toplayaraq prezident kürsüsünə yenidən layiq görülmüşdü. Azərbaycan xalqı həmışə olduğu kimi,bu dəfə də öz müdrikliyini sübut etdi.Xalq seçimində yanılmadı.İlham Əliyev Azərbaycan RespublikasınaPrezident seçildikdən sonra ölkədəən əsası sabitliyin qorunacağının təminatını ön plana çəkdi.Ölkəmizin bugünki inkişafı birbaşa prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.Hər kəsə bəllidir ki, İlham Əliyevin prezidentliyi dövründəÖlkəmizdə dövlətçiliyin əsasları ciddi şəkildə möhkəmlənmiş,bir şox sahələrdə irəliləyiş olmuşdur.Ölkəmiz dünya müstəvisində də öz mövqeyini möhkəmlətmişdir. İlham Əliyevin seçkilərdəki uğuru onün düzgün həyata keçirdiyi siyasətin nəticəsidir.O,həmişə ölkənin rifahını hər şeydən üstün tutmuşdur.Bunu hər dəfə öz çıxışlarında xüsusi olaraq vurğulamışdır.Ölkənin rifahını yaxşılaşdırmaq üçün xalqımız daha güclü olmalı,iqdisadiyyatımızı yüksəlt- məli , ordumuzun gücünü möhkəmləndirməlıdir. Prezident seçkilərindən sonra əsas diqqət ölkə əhalisinin maddi rifahının gücləndirilməsinə idi.Ona görə də yeni iş yerlərinin açılması, işsizliyin ləğvi əsas məsələlərdən idi.Qarşiya məqsəd qoyulmuşdu ki,50 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.Hər bölgə Nəzarətə götürüldü və bu siyasət həyata keçirildi. Qeyd edək ki,ölkəmizdə 2018 –ci ildən bəri inkişaf dinamikası şox müsbətdir.Ölkəmiz istər iqtisadi cəhətdən,istərsə də hərbi hazırlıq cəhətdən öz sözünü deməyi bacardı.İllərdir danışıq masası ətrafında həll olunmayan Qarabağ münaqişəsi həll olundu,işğal altında olan torpaqlar müharibə yolu ilə geri qaytarildı .Bu,Azərbaycan ordusunun yenilməz gücü və Ali Baş Komandanımızın düzgün yeritdiyi siyasət idi. İlham Əliyev XXI əsr Azərbaycan tarixinə adını qızıl hərflərlə dahi şəxsiyyət kimi bütün dünyada tanındı.Heydər Əliyev siyasətinin layiqli davamçısı olan İlham Əliyev Azərbaycan xalqına ən böyük xoşbəxtliyi yaşatdı.Bu,şəhidlərimizin intiqamının alınması idi. Azərbaycan xalqı “ İlhamla irəli”şüarı altında daima inkişafa,xoşbəxtliyə doğru irəliləyir. Şəkilə Xəlilova, Masallı rayon Qızılağac kənd 1 nömrəli tam orta məktəbi, müəllim. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |