Главная > Siyasət > Ədalətli sülhün və ərazi bütövlüyümüzün təmin olunması

Ədalətli sülhün və ərazi bütövlüyümüzün təmin olunması


9-04-2022, 08:43. Разместил: admin44

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.Görüşdə  dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirərək və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulamışdır.

  Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünya birliyində etibarlı tərəfdaşdır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu göz önündədir. Dünya liderləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul edir, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənmişdir.

 Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilmiş, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulmuşdur. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılmış, telefon danışıqları keçirilmişdir. Məhz bu görüş, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti bir böyük uğurudur. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Əlbəttə ki, bu qərar, ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış mühüm bir qərardır. 2022-ci ilin aprel ayının 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınmışdır. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilmişdir. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında  danışıqların aparılmasıdır. Sözügedən sənəddə isə, əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Həmçinin, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq da əldə olunmuşdur. Azərbaycan Prezidentinin Brüssel səfərinin nəticələri ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.


ƏNTİQƏ TAĞIYEVA,
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının üzvü.                                                                                   Əməkdar Mədəniyyət işçisi.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад