Главная > Siyasət > Dünya liderlərinə sözünü deyən və liderliyi qəbul edilən Lider
Dünya liderlərinə sözünü deyən və liderliyi qəbul edilən Lider11-04-2022, 09:08. Разместил: admin44 |
Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Bu görüş Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük bir uğuru oldu. 6 aprel Brüssel səfəri göstərdi ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yaranmışdır. Bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilmiş, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulmuşdur. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar qurulmuş, telefon danışıqları keçirilmişdir. Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir və bitərəfdir. Azərbaycan və Ermənistan isə ona etimad göstərirlər. Görünən odur ki, Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Azərbaycanla Avropa İttifaqı, onun sədri Şarl Mişel arasında səmərəli və konstruktiv əməkdaşlıq mövcuddur. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artmasını görürük. Habelə, Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Burada ən diqqətçəkən və milli maraqlarımız üçün əhəmiyyətli məqamlardan biri isə odur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Prezidentimizin brüsselə səfəri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru oldu. Demək olar ki. Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən sülh danışıqlarının növbəti mərhələsi nəticəsiz olmadı. Allah Prezidentimizi qorusun. Əntiqə Tağıyeva, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |