Главная > Siyasət > Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirəsi


16-04-2022, 18:55. Разместил: admin44

Artiq 2022-ci ilin birinci rübünü geridə qoyduq. 12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci rübün yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Ölkə başçısı cənab İlham Əliyev öz çıxışında birinci rübdə görülmüş işlərin nəticələrinin müzakirəsi və qarşıda duran vəzifələr barədə danışdı. Bu son üç ayda ölkəmizdə bütün sahələr üzrə uğurlu inkişaf getdiyini və qarşıdakı rüblərdə də bu inkişafın daha da genişləndiriləcəyini bildirdi. Həmçinin bu üç ayın yekunlarını ötən ilin əldə edilmiş uğurlarının davamı kimi qiymətləndirildi.
Prezident İlham Əliyev bu son iki ildə Azərbaycanda gedən önəmli proseslər və bunların nəticələri barədə danışdı. Bildirdi ki, 2022-ci il ölkə həyətində ən önəmli hadisələrdən biri. Yəni, 30 ilə yaxın işğalda olan torpaqlarımızın qısa bir müddətdə işğaldan azad olunması müzəffər ordumuzun sayəsində reallaşdırıldı. 2021-ci ildə işğaldan azad olmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin sürətlə aparılması və beynəlxalq aləmdə yeni reallıqları qəbul etdirmək keçən ilin görülən işlərindəndir. Həmçinin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığımız bunun bariz nümunəsidir. İlk növbədə BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir, Azərbaycan BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir və digər tədbirlər yaxın zamanda görülən işlərin nümunəsidir.

Ölkə başçısı cənab İlham Əliyev son üç ayda işğaldan azad olunmuş torpaqlarda yeni yolların çəkilişi, tarixi abidələrin bərpası, məscidlərin təmir və bərpası işləri, digər abadlıq işləri görülmüşdür və görülməkdədir. Həmçinin Kəlbəcər- İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bu ona bir daha imkan verir ki, həm söz vətəndaşlarımızı, həm də xarici vətəndaşların bu yerlərdə istirahəti ilə yanaşı turizmin inkişafı da ən önəmli məsələlərdəndir.

Ölkə başçısı onu da bildirdi ki, müharibədən sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövrlərlə əlaqələrimiz, eyni zamanda. Qarabağ və şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr bunun bariz nümunəsidir. Odur ki, bizim beynəlxalq iqtisadi əlaqələrimiz davam edir və gələcəkdə də davam etdiriləcək.

Bir çox məsələlərin müzakirəsini gündəmə gətirən ölkə başçısı xarici ticarət dövriyyəmizin 60% çox artdığını bildirərək, bunun neftin artan qiymətləri və qeyri-neft ixracının payına 45% düşdüyünü qeyd etdi. Xarici ticarət dövriyyəsinin artması və xarici dövlət borcunun azalması ötən illərlə müqayisədə bir qədər də inkişaf termininə daha da yaxınlaşmağımızı sübut edir. Beləliklə bu inkişaf və görüntü göstərir ki, bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər ilin sonuna qədər davam etdiriləcəkdir. Çünki buna nail olmaq üçün bizim əlimizdə yüksək potensiallarımız vardır. Ona görə də biz bu ili də uğurla başa vuracağıq.


Canəli Abdullayev,
Masallı rayon Qarğalıq kənd tam orta məktəbin müəllimi.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад