Главная > Siyasət > Qazanılan uğurlar sevindiricidir

Qazanılan uğurlar sevindiricidir


17-04-2022, 08:53. Разместил: admin44

Aprelin 12 də Azərbaycan Resbublikasinin Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
 
Dövlət başcısı muşafirdə geniş şəklidə giriş nitqi söyləyib.
 
Giriş nitqində deylib ki, bu ilin üç ayı görülmüş işlər təhlil ediləcək, eyni zamanda qarşıda duran planlardan danışılacaq. Müşavirə zamanı Prezident İlham Əliyev bu ilin üç aynda əldə olunan uğurlardan danışıb və qeyd edib ki, bu uğur kecən il qazandığmız ugurların davamıdır. Məlumdur ki,ölkəmiz keçən il müharibədən çıxmış bir ölkədir. Müharibədən sonrakı dövr ölkə üçün çox əhəmiyyətlidir.Məqsəd işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini həyata keçirmək yeni reallıqları beynəxalq aləmə qəbul etdirmək idi ki , dövlətimiz də buna nail oldu. Buna sübut kimi deyə bilərik ki, BMT xəttilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirildi. Əlbəttə ki, bu böyük hadisədir. Demək, BMT Azərbaycanın ərazi bütövlüyü tam tanıyan təşkilatdır.
           
Digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurludur. Biz hazırda Qoşulmama Hərəkatına sədrlik edir və bu sədrlik hərəkata üzv olan dövlətlərin razılığı ilə bir ildə artırılmışdır.Biz bu siyahını artıra bilərik. Bu onu deməyə əsas verir ki, müharibədən sonra apardığımız siyasət,beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz,eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf hadisələri bu reallıqlara gətirib çıxarır.
 
Biz həmçinin beynəlxalq təşkilatlarla yanaşı,qonşu ölkələrlə də sıx əlaqədəyik. Bütün qonşu ölkələr yeni postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir.
Biz real işlərin tərəfdarıyıq və biz öz məqsədimizə çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Gələcəyə baxanda əminliklə deyə bilərik ki, Azərbaycan daha da güclənəcək.

Prezident qeyd etmişdir ki, biz heç nəyi unutmamışıq və unutmamalıyıq və unutmayacağıq da. Ona görə də müharibədən sonra başqa işlərdə olduğu kimi, hərbi sahəyədə diqqəti bir daha artırmışıq, 44 günlük müharibənin təhlili bizə imkan verir ki, biz ordumuzu daha da gücləndirək,daha da müasirləşdirək.
 
Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübün yekunları bunu deməyə əsas verir.Ümumi daxili məhsul 6,8 faiz artıb. Prezident İlham Əliyev bütün bunları hamısını bir-bir açıqlayıb və rəqəmlərlə təsdiqləyib. Sonda dövlətimizin başçısı vurğulayıb: ’’Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracayıq’’.


Şəkilə Xəlilova,
Masallı rayon Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад