Главная > Siyasət / Manşet > Viləşçay Su Anbarının rəhbərliyi fermerlərlə görüşdü

Viləşçay Su Anbarının rəhbərliyi fermerlərlə görüşdü


24-04-2022, 19:28. Разместил: admin44

Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nin Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Musaküçə, Lürən və Gəyəçöl kəndlərindən olan əkinçilər iştirak ediblər.

Viləşçay Su Anbarı İstismarı İdarəsinin  rəisi Rusif   Kərimov  çıxış edərək bildirdi ki, biz əkinçilərin su ilə təmin olunması üçün əlimizdən gələni edirik. Xahiş edirəm ki, qarşınıza çıxan problemlərdən danışasınız.

Musaküçə  ərazi nümayəndəsi Surac Şahverdiyev iclasda çıxış edərək bildirdi ki, əvvəla belə görüşləri təşkil etdiyimiz üçün təşəkkür edirəm. Ərazidə  əhalinin su ilə təmin olunması üçün gördüyünüz işlər təqdirə laiqdir. Sizdən xahiş edirəm ki, əkinçilərin hər hansı probləmlərin həll olunmasında köməklik edəsiniz .

Lürən kənd sakini Ruslan Bağırov bildirdi ki, mən həm çiyələk, həm də tərəvəzlə məşğul olur. “Əkin sahəmə gələn xəttlə xırda qüsur var xahiş edirəm onu da aradan qaldırılmasına köməklik göstərəsiniz.” – deyə fermer qeyd etdi.

Gəyəçöl kənd sakini Bəybəla Əsədullayev çıxış edərək 1 hektar tərəvəz əkdiyini bildirdi. “Suvarma  şəbəkəsi ilə əkin sahəm arasında  məsafə azdır. Suvarma suyundan səmərəli istifadə etmək üçün çiləmə üsulundan   istifadə edirəm. Mövsüm başlaması ilə əlaqədar su problemin  və suyun verilməsini Viləşçay Su Anbarı İstismarı İdarəsinin işçi heyəti səmərəli şəkildə aparılmasına köməklik göstərəsiniz bir daha sizə minətdaram.” – deyə o qeyd etdi.

Lürən ərazi nümayəndəsi Zakir Əbilov iclasda çıxış edərək bildirdi ki, ərazimizdə 3 hektara yaxın dövlət dəstəyi ilə Naringi ağacları əkilib.   Suvarma damcı üsulu ilə aparılır. Xahiş edirəm onları nəzərə alasınız.Söz verildi Musaküçə kənd sakini Nəriman Abasov iclasda çıxış edərək bildirdi ki, mən soğan əkini ilə məşğulam suvarma suyu ilə tam əmin olunuram və Viləşçay Su Anbarı İstismarı İdarəsinin işçi heyəti səmərəli şəkildə su verir buna görə təşəkkürümü bildirirrəm.

Sonra Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov çıxış edərək bildirdi ki, mən siz əkinçiləri diqqətlə dinlədim çalışacağıq ki, siz əkinçiləri sudan istifadəsini tam şəkildə təmin edək.

Sizdən tələb olunan odur ki, istifadə etdiyimiz  suyun dəyərini  Xıl Sudan İstifadə Birliyinin veridiyi ödəniş çeki vasitəsi ilə “Million” aparatında Xıl Sudan İstifadə Birliyinin hesabına ödəniş edəsiniz.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад