Главная > Siyasət > Erməni silahlı birləşmələri tərəfindən baş verən təxribatlar sülhə hazırlıq prosesinə zərbədir

Erməni silahlı birləşmələri tərəfindən baş verən təxribatlar sülhə hazırlıq prosesinə zərbədir


26-04-2022, 10:47. Разместил: admin44

Bu ilin aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirildi.

Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparıldı.

Beləliklə, Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Brüsseldə yenidən bir araya gəldilər. Bu tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü oldu. Həmin vaxtı, son üç ayda Azərbaycan və Ermənistan liderləri dördüncü dəfə görüşdülər. Beləliklə, birinci görüş 2021-ci il dekabrın 14-də Şarl Mişelin təşəbbüsü ilə reallaşıb. İkinci dəfə tərəflər Brüsseldə təkbətək görüşüblər. Növbəti görüş isə bu il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub. Görüş Prezident İlham Əliyev, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilib. Görüşlərdə rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan 10 noyabr bəyanatının müddəalarının həyata keçməsinin vacibliyini də vurğulayıb.

Daha sonra, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ilin aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdir ki, mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır.

Qeyd etmək yerinə düşər ki, postmüharibə çağırışları kifayət qədər maraqla müşahidə olunur. Belə ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatından sonra müharibənin başa çatdığını elan edib. Daha sonra regionda davamlı sülhün təmin olunması üçün sülh çağırışı ilə beynəlxalq hüquqa əsaslanan şərtlərini Ermənistan tərəfinə göndərib.
Ermənistan tərəfi isə vaxtı uzatmaq üçün müxtəlif tədbirlərdə həmin şərtlərlə razı olduğunu bəyan edir və Azərbaycanın sülh təklifini ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərməklə onlardan da bu çağırışa münasibət bildirməyi xahiş edir.

Ancaq Ermənistan burada bir məsələdə uduzur, çünki ATƏT-in Minsk qrupu fəaliyyətini başa çatdırıb. Çünki ən azından onların 30 il ərzində bütün məsələlərə daha aydın və obyektiv münasibət bəsləmək imkanları var idi.

Görüşlər çərçivəsində Ermənistan sülh şərtlərinə uyğun olaraq sülh sazişi imzalaması inandırıcı görünmür. Ona görə də hazırda Ermənistanın daxilində müxtəlif qüvvələr çalışırlar ki, bu prosesə təsir göstərsinlər. Biz belə halları dəfələrlə müşahidə etmişik. Dəfələrlə Azərbaycan və Ermənistan liderləri bir masa arxasında oturub məsələləri birbaşa olaraq müzakirə etmək istəyən zaman bu kimi təxribatlara yol açılır.  Həmin Brüssel görüşlərində— aprelin 6-da Ermənistanda təşkil olunan aksiya bütün Ermənistan əhalisinin istəyini ifadə etmirdi. Onlar, Ermənistan vətəndaşları sülh istəyirlər. Ancaq bu gün mövcud hakimiyyət və Ermənistanın havadarları bu prosesə də mənfi təsir göstərməklə müxtəlif çağırışlar və aksiyalar təşkil edirlər. Hesab edirəm ki, bu da Ermənistanın sülh prosesinə tam hazır olmadığını bildirir. Ən başlıcası isə ərazilərimizdə erməni silahlı birləşmələri tərəfindən tez-tez baş verən təxribatlar sülhə hazırlıq prosesinə zərbədir.


Şamil MƏMMƏDOV,
Masallı rayonu, Qızılağac kənd bələdiyyəsinin sədri.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад