Главная > Siyasət > Təbiət və Günəşin həmrəy olduğu Zəfər Qurultayı

Təbiət və Günəşin həmrəy olduğu Zəfər Qurultayı


27-04-2022, 08:14. Разместил: admin44
              
Aprelin 22-də mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başladı. Bu tədbir xaricdə yaşayan soydaşlarımızın doğma Vətən ətrafında daha sıx birləşməsinə böyük stimul oldu. Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Llider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.
           
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti vardır.Bu əlamətdar və mötəbər  hadisənin,eyni zamanda, rəmzi mənası var. Dünya Azərbaycanlıları bu müqəddəs məkanda bir araya gəldilər. Həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi  bəyan etdilər. “Dəmir yumruq” düşmən üzərində çaldığımız şanlı Qələbənin rəmzidir.Dünya Azərbaycanlılarının V Qurultayı “ Dəmir  yumruğ” un gücünü bütün dünyaya çatdırdı.
             
Dünya Azərbaycanlılarının ilk Qurultayı 2001-ci ildə Bakıda keçirilmiş və bununla da ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı 15 il ərzində isə keçirilmiş 3 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi.
           
Dünya Azərbaycanlılarının V qurultayında qeyd olunub ki, İndi Şuşanın, eləcə də bütünlüklə Qarabağın əvvəlki şöhrətini qaytarmaq, Qarabağı dirçəltmək qarşıda duran əsas məqsədlərdəndir. Son 30 ildə düşmən Şuşada Azərbaycanlılara məxsus bütün tarixi-mədəni irsi dağıtmaqla məşğul olub, şəhəri viran qoyub, daşı daş üstünə qoymayıb.İşğaldan azad olan digər şəhərlərimiz kimi, Şuşa da özünün əvvəlki şöhrətini qaytaracaq. Dünya Azərbaycanlılarının V Qurultayının bu şəhərdə keçirilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Şuşa tezliklə dirçələcək, inkişaf edəcək. Şuşa yenə də mühüm mədəni tədbirlərin keçirildiyi məkana çevriləcəkdir.Bəli,  Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporunun da yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və yeni məqsədlər uğrunda fəaliyyətlərində soydaşlarımıza uğurlar arzu edirik


Arif MEHTİYEV,
Bədəlan kənd tam orta məktəbinin direktoru.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

 шаблоны для dle 11.2
Вернуться назад