Главная > Siyasət > Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı
Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı27-04-2022, 08:19. Разместил: admin44 |
Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir Dünya Azərbaycanlılarının qurultayıdır. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001 ci ildə 9 noyabr tarixində Bakı Respublika sarayinda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmişdir.İkinci qurultay 2006 Mart ayinin 6 -sinda Bakida Heydər Əliyev sarayında İlham Əliyev tərəfindən keçirilmişdir. Dünya Azərbaycanlılarının 3 cu qurultayı 2011 ci il 5-6 İyul tarixində ,Dünya Azərbaycanlılarının 4 cü qurultayı 2016 cı il tarixində da Heydər Əliyev sarayında İlham Əliyevin rəhbərliyi ilə keçirilmişdir. Dünya Azərbaycanlılarının 5 ci qurultayı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilmişdir.5 ci qurultayda Dünya Azərbaycanlılarının əlaqələndirmə şurasının sədri Cənab prezident İlham Əliyev seçilmişdir. \Cənab prezident İlham Əliyev əvvəlki qurultaylarda öz çıxışında qeyd etmişdir ki, gün gələcək biz öz əzəli torpaqlarimiza qayıdacağıq.Bu gündə bu qurultay məhz Azərbaycan respublikasının mədəniyyət paytaxtı olan Şuşa da keçirilir. Şuşa Azərbaycan respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022 ci il Şuşa ili elan edilmişdir.Azərbaycan Respublikasının müzəffər ordsusu 44 günlük vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyünü bərpa etmişdir.Buna görədə Dünya Azərbaycanlılarının 5 ci qurultayı azad Qarabağda, azad Şuşada keçirilir. Bu qurultayın adı Zəfər qurultayıdır. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Bu qurultaya qatılanlar Zəfər yolu ilə gəlib, qurultayın adı da Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Şuşada keçirilən qurultayın çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Hər bir vətəndaş ,xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın əzəli torpaqlarının işğalı ilə barışmırdılar. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmamışdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr - hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər, bax, bu vəziyyəti yaratmışdır. Biz bilirdik ki, bu Qələbəyə layiqik. Prezident cənab İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, mənim üçün Prezident kimi başlıca vəzifəm ölkəmizi gücləndirmək və ərazi bütövlüyümüzü bərpa etmək idi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu ,vətəndaşı,xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.Bu birliyin nəticəsi olaraq Azərbayacnın ərazi bütövlüyü bərpa olunmuşdur.. 44 günlük vətən müharibəsindən sonra vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz. Azərbaycan respublikasının prezidenti İlham Əliyev öz çıxışı zamanı qeyd etmişdir ki, 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik.Hal hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Dünya azərbaycanlıların 5 ci qurultayını Şuşa şəhərində keçirilir. Abdulla ABDULLAYEV, Masallı rayon Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin tarix müəllimi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |