Главная > Siyasət / Manşet > Qarğalıq kəndi ərazisində səyyar-görüş qəbulu

Qarğalıq kəndi ərazisində səyyar-görüş qəbulu


27-04-2022, 18:37. Разместил: admin44
   
27 aprel 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Qarğalıq kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
   
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
     
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Kərimov Rəbbi Kamil oğlu, Şəhid atası Hüseynov Teymur Sənham oğlu, Niftiyev Telman Xıdır oğlu, Fətullayev Səməd Hacıbaba oğlu, Əliyev Nurəddin Əlihüseyn oğlu, Əhmədov Zəfər Zəki oğlu, Əsədov Oruc Əsəd oğlu və başqaları çıxış edərək Qarğalıq və Əminli kənd tam orta məktəblərinin yeni binasının tikilməsi, Qarğalıq kənd  ərazisində içməli suyun çəkilməsi, Qədirli və Xallıcallı kənd yollarına asfalt vurulması, Qarğalıq uşaq bağçasının təmir edilməsi, Şəhriyar kənd yoluna çınqıl döşənməsi və s. məsələlər barədə müraciət etmişlər.
   
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.






"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад