Главная > Siyasət > Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi əkinçilərlə görüşüb
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi əkinçilərlə görüşüb29-04-2022, 19:08. Разместил: admin44 |
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi Masallı rayonu ərazisində sudan istifadə edən kəndlərdə əkinçilərlə növbəti maarifləndirici görüşlər keçirib. Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Çaxırlı və Binə Xocavar kəndlərindən olan əkinçilər iştirak ediblər. Tədbir Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsinin bir dəqiqə sükütla yad edilməsi ilə başlayıb. Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov qarşıdan gələn suvarma mövsümü ilə əlaqədər görülmüş işlərdən danışaraq bildirdi ki, artıq suvarma mövsümü başlayıb. Suyumuz kifayət qədər var. Sizdən xahiş edirəm ki, suvarma işlərin də hansı problemlər ilə rastlaşırsınızsa məlumat verəsiniz. Çaxırlı kənd ərazi nümayəndəsi Musa Qubadov iclasda çıxış edərək bildirdi ki, cari ilin mart ayında davamlı yağış nəticəsində sel sularının qarşısını alınmasında gördüyünüz işlər göz qabağındadır. Buna görə sizə minətdarıq. Çaxırlı kənd sakini Əli Muxtarov kənd ərazisində əkinçilərin əsasən tərəvəz, çiyələk, kartof əkini ilə məşğul olduğunu bildirərək ərazidə olan kanalların lildən təmizlənməsinə köməklik göstərilməsini xahiş etdi. Binə Xocavar kənd sakini Rəhim Məmmədov 1 hektar yonca əkdiyini su ilə tam şəkildə təmin olunmaq üçün 50 metr suvarma kanalının lildən təmizlənməsinə köməklik göstərməyi xahiş etdi. Çaxırlı kənd sakini Baba Məmmədov iclasda çıxış edərək bildirdi ki, həm çiyələk həm də tərəvəz əkirəm su ilə tam təmin olunuram. Buna görə çox sağ olun. Qarğalıq ərazi nümayəndəsinin müavini Fərəc Fətullayev və Qarğalıq bələdiyyəsinin sədri Xatirə Şükürova iclasda çıxış edərək görüş üçün təşəkkürünü bildiriblər. Onlar qeyd ediblər ki, Qarğalıq kəndində əkinçilər tərəvəz və bostan əkini ilə məşğul olurlar. Suvarma işlərini aparmaq üçün bəzi kanalların lildən təmizlənməsinə ehtiyac var. Xahiş edirik köməklik olunması üçün göstəriş verəsiniz. Qədirli kənd sakini Zülfüqar Abbasov çıxış edərək 100 metrə yaxın kanalın lildən təmizlənməsinə ehtiyac olduğunu bildirərək, nəzərə alınmasını xahiş etdi. Eminli kənd sakini Zəfər Əhmədov bildirdi ki, tərəvəz əkini ilə məşğulam suvarma suyu ilə tam təmin olunuram. Buna görə sizə təşəkkür edirəm. Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov hər iki iclasda çıxış edərək bildirdi ki, sizi diqqətlə dinlədim və çalışacayıq ki, suvarma mövsümünü səmərəli aparaq. Sizdən xahiş edirəm ki, suvarma suyunun dəyərini ödəniş çeki vasitəsi ilə “Million” aparatlarında Şıxlar Sudan İstifadə Birliyinin hesabına ödəniş edəsiniz. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |