Главная > Siyasət > İnkişaf və əməkdaşlıq
İnkişaf və əməkdaşlıq2-05-2022, 12:54. Разместил: admin44 |
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Bir qrup xarici mərkəz rəhbərlərin və beynəlxalq ekspertlərin Azərbaycana səfərləri təşkil olnub. Aprelin 28-də Şuşada işinə başlayan və aprelin 29-da Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha Cənubi Qafqazda təhlükəsizlik, inkişaf və iqtisadi əməkdaşlıq üçün yeni bir tarixin əsasının qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycana 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısı beynəlxalq konfransın iştirakçısı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda qonaqları 44-günlük müharibə zamanı hərbi əməliyyatlarlər barədə məlumatlandırıb və suallarını cavablandırıb. Beynəlxalq konfransın iştirakçıları Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər ediblər. Onlar azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış olublar. Qonaqlar bununla yanaşı 30 il ərzində işğal altında olan torpaqlarımızın Ermənistan tərəfindən törətdikləri vəhşilikləri , kəndlərimizin və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edildiklərinin şahidi olublar. Ermənistanın Azərbaycan torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqları ilə yanaşı, regionun vacib mövqeyindən səmərəli istifadəni də məhdudlaşdırmışdılar. Azərbaycan öz torpaqlarını işğaldan azad etməsi ilə regionda yeni mərhələyə daxil olub . Azərbaycan indi gələcəyə doğru inamla addımlayaraq, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır. Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni tarixin,yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut kimi təqdim olunur. Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər həyata keçirilir. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib. Müstəqil siyasət həyata keçirən Azərbaycan son illərdə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib və etməkdə davam edir. Beynəlxalq konfransda Möhtərəm Prezidentimiz giriş nitqi zamanı söyləmişdir:”Biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir.” Bəli bu baxımından “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisələrdən biridir. Azərbaycanın tarixi şəhəri olan Şuşa inkişaf etdikcə də beynəlxalq tədbirlərin mərkəzinə çevrilir. Bu həm də Azərbaycan sülhün öz ərazilərində təmin edilməsi, eyni zamanda bütün regionda və dünyada bərqərar olunmasında marağını göstərir. Təbiəti gözəl və qədim tarixi abidələrlə zəngin olan Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaqdır. Əntiqə Tağıyeva, Masallı Tarix- Diyarşünaslıq Muzeyinin direktoru. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |