Главная > Siyasət > "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı konfrans

"Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı konfrans


3-05-2022, 13:09. Разместил: admin44

Dünən xarici iştirakçılarımız Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etmişlər. Yolda olarkən, onlar azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış ola bildilər. Cəsur əsgərlərimiz həmin yol boyunca irəliləyərək Şuşa şəhərini azad etmişlər. Səfər zamanı qonaqlarımız, həmçinin erməni işğalından sonra miras qalan bəzi barbar dağıntıları görə bilmişlər.

İndi isə bu, dövlətimizin mühüm məqsədidir və Prezident İlham Əliyevin fərdi məramında öz əksini tapıb: Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir! İnanıram ki, iştirakçılarımız Şuşadan sevinc və təəssürat dolu qayıdıblar. Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışlar forumda müzakirə olunacaq mövzular sırasındadır. Ümid edirik ki, panel müzakirələrdə səsləndirilən mesajlar və mülahizələr bütün dünyaya məqalələr, sosial şəbəkələr vasitəsilə yayılacaq. Şuşa sessiyası zamanı bir sıra natiqlər təklif və tövsiyələrlə çıxış etmişlər və hesab edirəm ki, cənab Prezident, Sizin rəyinizi bilmək üçün iştirakçılar onları bu gün də təqdim edə bilərlər.Mən ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarımıza təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bu, maraqlı səfər oldu. Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib.

Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır. Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq planlarımız barədə sizə məlumat verilib. Bu planlar həqiqətən genişmiqyaslıdır və biz onları büdcəmizdən ayrılan vəsaitlərimiz hesabına icra edirik. İcra işlərində beynəlxalq şirkətlər bizə dəstək verir. Lakin bundan başqa, ötən ilin aprelində görüşdüyümüz və müzakirə etdiyiniz zaman qarşımızda olan mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməkdən ibarət idi. Həmçinin vacib idi ki, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatlar formalaşmış yeni reallıqları qəbul etsinlər. Bu, baş tutdu. Eyni zamanda, biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik.

Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir.
                                     
Müşfiq  Qurbanov,
Masallı rayon Çaxırlı kəndi.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад