Главная > Siyasət > “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans4-05-2022, 11:44. Разместил: admin44 |
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransada Azərbacan respublikasının prezidenti cənab İlham Əliyev də iştirak etmişdir. Konfransda azərbaycanın rəsmi nümayəndələri ilə yanaşı, 40 ölkədən gəlmiş rəsmi qonaqlar da iştirak etmişdir. Konfransdan öncə Şuşa şəhərində olmuş qonaqlar erməni bəhşiliklərinin bird aha əyani olaraq şahidi olmuş, işğal etdikləri müddət ərzində şəhəri xarabalığa çevirdiklərini müşahidə etmişlər. Qonaqlara torpaqlarımızda azad olunduqdan sonra aparılan yenidənqurma işləri göstərilmişdir. Bu qısa müddət ərzində prezidentimizn nəzarəti altında görülən işləri yüksək qiymətləndirdilər. Konfrans zamanı president İlham ƏliyevAzərbaycanda beynəlxalq əlaqələri ilə seçilən, aparıcı universitetlərdən biri olan ADA yanında İtalya- Azərbaycan universitetləri arasında əlaqələrin daha da genişlənməsini vurğulamış və bu əlaqələrdən şad olduğunu bildirmişdi. Azərbaycana, həmçinin Şuşaya səfər edən bütün qonaqlara təşəkkürünü bildirən prezident 30 il işğalda qalan Qarabağ və yerlə yeksan olan rayonlarımız haqqında da danışmışdır. Yaxın zamanlarda Qarabağda görüləcək işlər və planlar haqqında söhbət açımışdır. Bu gün ölkəmizdə bu kimi böyük miqyaslı tədbirlərin keçirilməsi ölkə başçısının yürütdüyü uğurlu xarici siyasətin göstəricisidir. 30 il işğal altında olan torpaqların 44 gün ərzində işğaldan azad olunması Azərbaycan xalqının gücünün təcəssümüdür. Bu gün Qafqaz regionunda qalib dövlət olaraq liderliymizi daha da möhkəmləndirmiş durumdayıq. Xalq olaraq bu liderliyin davamlı olması üçün əlimizdən gələni etməli, gənc nəsli vətənpərvər ruhda böyütməli, ölkə başçımızın ətafında sıx birləşməliyik. Biz birlikdə güclüyük. Cəbrayıl Əlili, Masallı rayon Dəlləkoba kənd orta məktəbin müəllimi "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |