Главная > Siyasət > ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans

ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans


4-05-2022, 11:47. Разместил: admin44

Aprel ayının 29-da ADA universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq mövzusunda konfrans keçirilib.Bu konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir. ADA universitetinin rektoru,səfir Hafiz Paşayev cənab Prezidenti illik beynəlxalq konfransda salamlamaqdan şərəf və böyük iftixar hissi keçirdiklərini bildirib. O əlavə edib ki, Azərbaycana 23 ölkədən gələn 40 konfrans iştirakçısını salamlayıram. Dünən xarici ölkələrdən gəlmis iştirakçılarımız Azərbaycanın döyünən ürəyi, mədəniyyət incisi Şuşa şəhərinə səfər etmiş və yoldaykən işğaldan böyük şücaətlə azad edilmiş Qarabağda gedən bir sıra yenidənqurma işləri, inkişaf layihələri , həmçinin Füzuli rayonundakı hava limanı və Zəfər yolu ilə tanış olublar.

Eyni zamanda səfər müddətində erməni işğalından sonra miras qalan barbar dağıntılarını da görmüşlər. Rektor çıxış zamanı bildirib ki, indi isə bu,dövlətimizin  və cənab Prezident İlham Əliyevin fərdi məramında öz əksini tapıb: "Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir!" İnanıram ki,iştirak edən yoldaşlarımız Şuşadan böyük sevinc və təəssürat dolu qayıdıblar. ADA universitetinin rektoru,səfir Hafiz Paşayev sözü cənab president İlham Əliyevə verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz növbəsində ADA universitetinin rektoru Hafiz Paşayevə belə tədbiri təşkil etdiyi üçün çox sağ ol dedi və tədbirde iştirak edən hər kəsi salamladı.

Sonuncu dəfə ötən ilin aprelində burada görüşdüyü,bunun artıq ənənə halına gəldiyini bildirib. Cənab Prezident İlham Əliyev dedi:"Mən ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara və qonaqlarımiza təşəkkür bildirmək istəyirəm.Əminəm ki, Qarabağın gözəlliyini seyr etməkdən,Şuşaya aparan yol boyunca dağıntıları görmək üçün bu,maraqlı səfər oldu. Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Cənab Prezident İlham Əliyev konfransda iştrak edən xarici qonaqların suallarının bir bir cavablandıraraq Azərbaycan həqiqətlərini diqqətə catdırdı.


Xalıq Tağıyev,
Masallı rayon Xıl kənd tam orta məktəbin direktoru 


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад