Главная > Siyasət > Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması

Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması


5-05-2022, 13:31. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib və həmin qəbulda çıxış edib.

Prezident İlham Əliyev çıxışında Vahid Hacıyevi təbrik edib və ona böyük etimad göstərildiyini və bu etimadı öz işi ilə doğrultmalı olduğunu bildirib.
Həmçinin ölkə başçısı Zəngilanın hazırkı vəziyyəti ilə danışıb. O bildirib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir.

Prezident İlham Əliyev eyni zamanda onu da qeyd edib ki, bizim bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb və biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.

Ölkə başçısı azad edilmiş bütün torpaqları bərpa edəcəyimizi və Zəngilan rayonunun bu sahədə birinci rayon olduğunu, keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə oraya qayıdacaqlarını da vurğulayıb. O birinci pilot layihənin Zəngilanın Ağalı kəndində həyata keşirildiyini deyib.
Preziden çıxışında, həmçinin, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edildiyini və onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu qeyd edib. Vurğulayıb ki, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir və bu hava limanının çox böyük funksiyaları olacağından əminik. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq.

Prezident İlham Əliyev digər vacib məsələlərdən biri olan məşğulluqla bağlı da danışıb. O qeyd edib ki, Ağalı kəndində bu məsələ nəzərdə tutulub və bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Bu da keçmiş məcburi köçkünlər oraya qayıtdıqda onların işlə təmin olunmasına şərait yaradacaq. Həmin torpaqlarda kənd təsərrüfatı ilə bağlı da çox böyük planlarımız olduğunu da vurğulayıb.

Həmçinin çıxışda Zəngilan rayonunun çox gözəl, füsunkar təbiəti olduğu və təbiətin qorunmasının vacibliyi qeyd olunub. Zəngilanda böyük turizm potensialı var. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq.

Çıxışın sonunda Prezident İlham Əliyev bir daha Vahid Hacıyevi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.


Aybəniz Cavadova,
Masallı rayon Hişkədərə kənd orta məktəbin müəllimi



"Yeni həyat" qəzeti,  
 www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад