Главная > Siyasət / Manşet > Masallıda vətəndaşların növbəti qəbulu
Masallıda vətəndaşların növbəti qəbulu6-05-2022, 17:51. Разместил: admin44 |
Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir. 06 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 19 nəfər vətəndaş —Ağayeva Şövkət Bəhlul qızı, Qurbanova Aynur Nəriman qızı, Tomarov İmdadəli Cavanşir oğlu, Həşimov Siruz Bəhruz oğlu, Nəsirova Aybahar Həmzə qızı, Qurbanov Vidadi Səmidxan oğlu, Hüseynov Rəşid Muxtar oğlu, Ağayeva Reyhanə Ədalət qızı, Məcidov İbrahim İbrahim oğlu, Cəfərova Sevanə Gülmirzə qızı, Mirzəyeva Lamiyə Ceyhun qızı, Mirzəyev Ramil Şakir oğlu, Əliyev Fərman İbrahim oğlu, Şıxıyeva Xumar Hacıəli qızı, Cabbarova Ülviyyə Nəriman qızı və başqaları iştirak etmiş, əsasən ünvanlı dövlət sosial yardımı, xəstə oilması, müalicə olunması, maddi kömək, pensiya təyinatı, paybəlli və həyətyanı torpaq, qaz və işıq sayğaclarındakı problemlər, iş ilə təminat və məşğulluqla bağlı və s. müraciətlər etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |