Главная > Siyasət / Manşet > Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi

Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi


10-05-2022, 18:52. Разместил: admin44

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlər həyata keçirilmişdir.

10 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov və aparatı, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, qazilər, məktəblilər və rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

Sonra tədbir iştirakçıları Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş rayon məktəblilərinin Ulu Öndərin xatirəsinə həsr etdikləri əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxış keçirmişlər.











"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад