Главная > Siyasət > Ümumilli lider Heydər Əliyev

Ümumilli lider Heydər Əliyev


8-05-2022, 11:48. Разместил: admin44

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyev 1923-cü il may ayının 10-da anadan olmuşdur.yaşadığı müddətdə öz şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümumilli lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb.onun istefa verdiyi vaxtdan 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcədə tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini eyni zamanda vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyi hamımıza məlumdur.

Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab olunan bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb.Bununla Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.
           
Ulu Öndər Heydər Əliyev 2003-cü ilin dekabr ayının 12-də dünyasını dəyişsədə, hər bir Azərbaycan vətəndaşının qəlbində o daim yaşayır və yaşayacaq.Xalqımız çox xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi liderə sahib olub.Xalqımız bu gündə çox xoşbəxtdir ki, Ulu Öndərdən sonra onun yoxluğundakı boşluğları ən az onun qədər dolduracaq, onun kimi dövlətini xalqını düşünən layiqli davamçısı Cənab İlham Əliyev var.Biz hamımız əminik ki, Cənab İlham Əliyev öz atasının iziynən addımlayaraq dövlətimizi hər zaman qoruyacaq, dünya ölkələri içərisində ən yüksək inkişaf səviyyəsinə çatdıracaq və heç bir zaman bizə düşmən olan dövlətlərin bizim ölkəmizə ən xırda ziyan vurmalarına belə imkan verməyəcək...


Cəmaləddin Cabbarov,
Masallı rayon Mahmudavar kənd orta məktəbin müəllimi


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад