Главная > Siyasət > Masallıda Koreya-Azərbaycan işgüzar forumu

Masallıda Koreya-Azərbaycan işgüzar forumu


14-11-2017, 21:30. Разместил: yeni321
Masallıda Koreya-Azərbaycan işgüzar forumu
 
14 noyabr 2017-ci il tarixdə Masallı rayon İcra hakimiyyətində Koreya-Azərbaycan birgə işgüzar forumu keçirilmişdir.
Tədbirdən əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları qəbul etmiş və onları səmimi salamlamışdır.
Tədbirdə Koreyada istehsal olunan və çəltikçilik sahəsində işlədilən kənd təsərrüfatı texnikalarının görüntüsü videoçarxlar vasitəsilə başlanmışdır.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açmışdır.
Tədbirdə İqtisadiyyat Nazirliyinin "Sahibkarlığa Kömək Milli Fondun"un icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, dövlət başçısının çəltikçiliyin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlət maliyyə dəstəyi daha da gücləndirilib.
Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Şöbəsinin əlaqələndirici mütəxəssisi Ülvi Vəliyev və Koreya şirkətinin texnika üzrə mütəxəssisləri istehsalatda işlədilən müxtəlif markalı texnikalar haqqında məlumat vermişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Azərbaycan-Koreya birgə işgüzar forumunda şıxış etmişdir. İcra başçısı geniş nitqində Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, çəltikçiliyin inkişafı üçün də geniş imkanlar yaradıldığını bildirmişdir. O, qeyd etmişdir ki, bu sahənin daha da inkişaf etdirilməsi sentyabrın 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Belə ki, Masallıda da bu sahədə görülən işlər sürətlənir, əkin sahəsi xeyli artırılır. Cari ildə Masallı rayonunun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Yaxın vaxtlarda çəltikçilərin rayonda Assosasiyasının-birgə çalışqanlığının kollektiv icması yaradılacaqdır. Belə olan halda bu günkü işgüzar forumda, videoçarxlarda nümayış etdirilən çəltikəkmə, çəltikyetişdirmə,çəltikyiğma və s. texkikaların alınması da əlverişli olacaq, məhsul itkiyə az gedəcək, sahibkarın iqtisadi gəliri artacaqdır. Qeyd edək ki, bu yaxınlarda Koreyada çəltikçiliklə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə rayon kənd təsərrüfatı idarəsinin müdiri Seymur Nuriyevin seminarlarda iştirakı təmin edilmişdir.
Əsasən çəltikçiliklə məşğul olan Masallı sahibkarlarını maraqlandıran suallar cavablandırılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov işgüzar forumun təşkilinə görə respublika İqtisadiyyat Nazirliyinə, Koreya hökumətinə, Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Şöbəsinin nümayəndəliyinə və "Sanibkarlara kömək" Milli Fonduna, sahibkarlara təşəkkürünü bildirmiş, Koreya-Azərbaycan dostluğundan məmnun olduğunu bildirmişdir.
Tədbirin sonunda qonaqlar Masallı çəltik zavodunda və Masallı Sənaye Məhəlləsində gedən işlərlə yaxından tanış olmuşlar.шаблоны для dle 11.2
Вернуться назад