Главная > Siyasət / Manşet > Xırmandalı ərazisində səyyar-görüş qəbulu

Xırmandalı ərazisində səyyar-görüş qəbulu


18-05-2022, 19:26. Разместил: admin44

18 may 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Xırmandalı inzibati ərazisinin Ərəb kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.

Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Hüseynov Əliman İsmayıl oğlu, Qurbanov Hafis Alxan oğlu, Quliyev Nəcəfqulu Ağaqulu oğlu, Məmmədov Namiq Ayazxan oğlu, Gözəlov Qulu Həzi oğlu, Əhmədov Niftulla Qulam oğlu, Qasımov Elşən Cahangir oğlu və başqaları çıxış edərək təsərrüfat suyunun verilməsi, içməli su xəttinin çəkilməsi, Ərəb kənd qəbiristanlığına elektrik xəttinin çəkilməsi, Hacıtəpə kəndində tibb məntəqəsi binasının tikintisi, Hacıtəpə kəndində artezian quyusunun qazılması, Xırmandalı kənd tam orta məktəbinin əsaslı təmir olunması, Xırmandalı kənd mərkəzindən keçən çayın təmizlənməsi, Ərəb kəndindən keçən çayın təmizlənməsi və s. məsələlər barədə müraciət etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад